Miloyeviç “Neftçi”ni məğlub etmələrindən danışdı

Serbiyanın “Srvena Zvezda” klubunun baş məşqçisi Miloş Miloyeviç Antalyada “Neftçi” ilə keçirilən yoxlama görüşü (1:0) barədə danışıb. Allsport.az xəbər verir ki, 41 yaşlı mütəxəssis bunu deyib:

“Neftçi” üzərində inamlı qələbə qazanmağımız yaxşıdır. 60 dəqiqə meydanda qalan futbolçular yaxşı mübarizə apardılar. Asan olmasa da, göstərdilər ki, mentaliteti yüksək səviyyəyə qaldıra bilirlər. Üstəlik, lazımi intensivlik var idi. Az şans əldə edən futbolçulara üstünlük versək də, onlar çox qol imkanı yaratdılar. Bu da müsbət haldır. Onlar “Srvena Zvezda” forması altında oynamaqdan həzz aldılar”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish