- Baxış sayı: 27
- 13 Mart 2026 15:43
- Baxış sayı: 461
- Mart 12, 2026
- 0

İngiltərə premyer liqası klublarının Avropa arenalarında yaşadığı son uğursuzluqlar futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
Allsport.az xəbər verir ki, bir çox mütəxəssislər ingilis klublarının uğursuzluğunu sıx oyun qrafiki ilə əlaqələndirsələr də, əsl səbəbin transfer bazarındakı maliyyə üstünlüyündən düzgün istifadə edilməməsi olduğu iddia edilir.
Ötən yay transfer pəncərəsində “A” seriyası, bundesliqa, la liqa və liqa 1-in ümumi xərclərindən daha çox vəsait xərcləyən premyer liqa nəhəngləri çempionlar liqası ilə vaxtından əvvəl vidalaşmaq təhlükəsi ilə üz-üzədirlər.
Məsələn, “Real”ın “Mançester Siti”ni 3:0 hesabı ilə darmadağın etməsi taktiki səmərəlilik ilə sadəcə pul xərcləmək arasındakı fərqi bir daha ortaya qoyub. Təhlillər göstərir ki, “Çelsi”nin 1 milyard funt-sterlinqlik layihəsi və “Mançester Siti”nin 2025-ci ilin yanvarında heyətə etdiyi 218 milyon avroluq əlavələr hələ ki, gözlənilən nəticəni vermir.
Beş əvəzetmə hüququ və geniş heyət imkanları fonunda “yorğunluq” arqumenti artıq inandırıcı görünmür və uğursuzluğun kökündə yanlış transfer seçimləri ilə qeyri-effektiv idarəçiliyin dayandığı vurğulanır.