- Baxış sayı: 71
- 03 Fevral 2025 14:38
- Baxış sayı: 72
- Fevral 09, 2025
- 0
Mingəçevir reqatası-2023 beynəlxalq turnurində birinci gün geridə qalıb. 8 ölkədən 14 komandanın iştirakı ilə keçirilən yarışın ilk günündə Azərbaycan avarçəkənləri 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər.
1-nəfərlik kayak qayığında 1000 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançıların mübarizəsində Amil Ramazanov bütün rəqiblərini geridə qoyub.
2-yerlik kayak qayığında 1000 metr məsafəyə 2007-2008-ci il təvəllüdlülərdə 2 cütlüyümüz mükafatçılar sırasında yer alıb. Mark Nikulov – İman Həsənov cütlüyü finişə 1-ci çatıb. Nihad Quliyev – Şahin İsayev 3-cü yeri yutublar.
1-nəfərlik akademik avarçəkmə qayığında 1500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlülərdə Cahangir Məmmədli gümüş medal qazanıb.