“Misli” ilə yola davam

Futbol üzrə Azərbaycan premyer liqası bu mövsüm də “Misli”nin sponsorluğu ilə keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Peşəkar futbol liqası ilə Azərbaycanın qanuni idman mərc oyunları operatoru “Misli” arasında titul sponsorluğuna dair müqavilənin müddəti uzadılıb. Razılığa əsasən, 2023/2024-cü illər mövsümündə də bu şirkət əsas sponsoru olacaq və ölkə çempionatı “Misli premyer liqası” adlanacaq. Tərəflər arasında müqavilə rəsmilərin iştirakı ilə keçirilən tədbirdə imzalanıb.

“Misli” ilə əməkdaşlığın ölkə futbolunun inkişafına müsbət təsirindən danışan AFFA prezidenti Rövnəq Abdullayev çempionatda klub sayının artması ilə rəqabətin artdığını, bunun isə öz növbəsində daha maraqlı mübarizəyə şərait yaratdığını xüsusi vurğulayıb.

Mərasimdə çıxış edən “Dəmirörən Holdinq”in idarə heyətinin sədri İıdırım Dəmirörən “Misli”nin ölkədə aparılan idman siyasətinə, xüsusilə dünyada ən çox sevilən idman növlərindən futbolun inkişafına dəstək olduğunu qeyd edib. O, PFL ilə əməkdaşlığın uğurla davam edəcəyinə, həmçinin ölkə futboluna, regionlarda futbolun inkişafına, istedadlı gənc oyunçuların yetişməsinə müsbət töhfələr verəcəyinə inamını ifadə edib.

Premyer liqaya avqustun 4-də start götürəcək.

Həmin kateqoriyadan