- Baxış sayı: 31
- 26 Dekabr 2024 23:11
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
“Qalatasaray”ın kapitanı Fernando Muslera açıqlama verib.
Allsport.az xəbər verir ki, uruqvaylı futbolçu “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyonu tənqid edib:
“Onun türk futbolunu təhqir etməsindən və hakimlərə hücum etməsindən narahatam. 14 il ərzində ilk dəfə olaraq özümü bu cür çıxış etməyə məcbur hiss edirəm.
14 ildə 17 kubok qazandım. Verdiyim töhfələri nəzərə alsaq, türk futbolunu inkişaf etdirmək mənim daimi məqsədimdir. Dörd ay əvvəl bura gələn Mourinyo Türkiyə futbolunu bəyənmirsə, gedə bilər.
“Fənərbağça” bundan əvvəl Türkiyə çempionatının 11-ci turu çərçivəsində səfərdə “Trabzonspor”a qalib gəlib – 3:2. Mourinyonun komandası hər iki qolu penaltidən buraxıb.
Bundan sonra portuqaliyalı mütəxəssis oyunun hakimlərini tənqid edib və buna görə diskvalifikasiya olunub.