Mövsümün rekordu təkrarlandı

Azərbaycan premyer liqasında 2023/24 mövsümünün tamaşaçı rekordu yenilənib.

Allsport.az xəbər verir ki, bu, XXXVI turun “Sumqayıt” – “Qəbələ” matçına təsadüf edib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı oyunu 9300 seyrçi izləyib. Bu, mövsümün ən yüksək göstəricisinin təkrarıdır. XXXII turun “Sumqayıt” – “Qarabağ” görüşündə də eyni sayda izləyici olub. Aprelin 28-də keçirilən görüş də eyni arenada baş tutub.

9300 tamaşaçının olduğu hər iki qarşılaşmada meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər.

Həmin kateqoriyadan