- Baxış sayı: 33
- 26 Dekabr 2024 23:11
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
Yeni mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib. Allsport.az saytı xəbər verir ki, bunadək Fernan Ferreyra Lopes, Merab Qiqauri, Kamal Mirzəyev, Sadiq Quliyev və Kristian Kouakounu heyətinə qatan “qırmızı-qaralar” Mozambik yığmasının üzvü Klesio Palmirim David Bauk ilə anlaşıb. 25 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
1994-cü ildə Maputu şəhərində anadan olan Klesio futbol həyatına “Ferroviariu” klubunda başlayıb. Ardınca o, “Benfika” (2012-13), “Benfika B” (2013-16), “Harrisburq Siti” (2014), “Panetolikos” (2016-18) klublarının şərəfini qoruyub. Mozambikli son mövsümü Türkiyənin “İstanbulspor” klubunda keçirib.
Hücumçu 2011-ci ildən Mozambik yığmasının şərəfini qoruyur.