- Baxış sayı: 80
- 13 Mart 2023 16:11
- Baxış sayı: 45
- Mart 29, 2023
- 0
Mtsxeta şəhərində avarçəkmə üzrə açıq Gürcüstan birinciliyi keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan bu yarışda 5 gənc avarçəkənlə təmsil olunub.
İdmançılarımızdan Ceyhun Vəlixanov və Rüfət Rəhimov 1-yerlik kayak qayığında 200 metr məsafəyə yürüşlərdə gümüş medallar qazanıblar. Elmir Məmmədov 1-nəfərlik kanoe qayığında 200 metr məsafədə 2-ci yer tutub.
2-yerlik kayakda 200 metr məsafədə isə Ramil Mustafayev və Rüfət Rəhimov cütlüyü finişə 2-ci çatıblar.