- Baxış sayı: 28
- 26 Dekabr 2024 23:11
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində “Qəbələ” – “Sumqayıt” (1:1) matçından sonra, ev sahiblərinin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi 42 yaşlı mütəxəssisin fikri ilə tanış edir:
“İlk oyundan sonra da hələ mərhələ adlamadığımızı, evdə ağır görüş gözlədiyini qeyd etmişdik. “Sumqayıt” yaxşı təşkilatlanmış və yaxşı futbolçulara sahib komandadır. Ümumi götürəndə komandanın çıxışından razı qaldım. Birinci hissədə istədiyimiz oyunu göstərməyə çalışırdıq. İkinci hissədə bir az rəqib də aktivləşdi və təzyiq göstərdiyindən hesab müdafiə olunmağımızı tələb edirdi.
Beş gündən bir ağır qrafiklə oynayırıq. Komandadan razıyam və qarşıdakı matçlarda daha məzmunlu futbol göstərəcəyimizə inanıram. Ümumilikdə, komandadan sırf qapanmaq və hesabı qorumaq tələb olunmur. Müdafiə olunanda da hücumu, sürətlə həmlə qurmağı düşünürük. “Sumqayıt”ı da dəyərləndirmək lazımdır”.