“Nəticədən və oyunumdan tam razı olmadım”

“Səbail”in hücumçusu Ağabala Ramazanov açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, oyun keçirməməsi ilə bağlı fikrini belə bölüşüb:
 
“Yenidən “Səbail”ə keçən zaman, debüt oyunumun bu qədər gecikəcəyini düşünmürdüm. Lakin Gürcüstan toplanışında ayağımdan aldığım zədə debütümü ləngitdi. Hər şərdə bir xeyir var deyə düşünürəm.

“Şamaxı” ilə oyunda meydana çıxdığım zaman isə sanki “Səbail”də ilk oyunuma çıxırmış kimi hisslər yaşadım. Düzdür, nəticədən və oyunumdan tam razı olmasam da, hər şeyin daha yaxşı olacağına inanıram.

Bu potensial komandamızda var. Qarşıdakı oyunlarda daha güclü “Səbail” görəcəyimizə əminəm!”

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish