Nadir Qasımov yenə 10 oyunluq cəzalandı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra 1-ci divizionun 28-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Zirə” – “Neftçala” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 82-ci dəqiqəsində “Zirə”nin futbolçusu Bəhram Bəhramzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 90+4-cü dəqiqəsində “Zirə”nin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 200 manat cərimə olunub.

“Şuşa Qarabağ” – “Kəpəz” matçında “Şuşa Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyun bitdikdən sonra “Şuşa Qarabağ”ın baş məşqiçisi Nadir Qasımov meydançaya daxil olaraq geniş kütlə qarşısında hakimlər briqadasına qarşı təhqiramiz ifadələr işlətdiyinə görə 10 oyun stadiona girişinə qadağa qoyulub, klubu 2000 manat cərimə olunub.

“Mil-Muğan” – “Rəvan” matçında “Mil-Muğan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Tural Nərimanov və “Mil-Muğan”ın futbolçusu Samir Babayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər ikisi 1 oyun cəzalanır, klublar 20 manat cərimə olunub. “Rəvan”ın futbolçusu Tural Nərimanov qırmızı vərəqə alaraq meydanı tərk edərkən rəqibə qarşı təhqiredici ifadələr işlətdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 78-ci dəqiqəsində “Mil-Muğan”ın baş məşqçisi Xaliq Mustafayev texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.

Həmin kateqoriyadan