Namiq Ələsgərov növbəti fizioterapiya kursu keçir

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Malta milli komandaları arasında keçirilmiş oyunda Namiq Ələsgərov zədələnmiş və bir müddət sonra Almaniyanın Plattling şəhərində uğurla cərrahiyə əməliyyatı olunmuşdu. Allsport.az xəbər verir ki, bu gündən etibarən Namiq Ələsgərov Almaniyada növbəti fizioterapiya kursuna başlayıb.

Qeyd edək ki, futbolçunun bütün müalicə xərci AFFA tərəfindən ödənilir.

Həmin kateqoriyadan