- Baxış sayı: 38
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 38
- Dekabr 05, 2025
- 0

“Napoli”nin hücumçusu Romelu Lukaku “Olimpiakos”la yoldaşlıq görüşündə zədələnib.
Allsport.az xəbər verir ki, 32 yaşlı belçikalı futbolçunun bud nahiyəsində gərginlik var. Bu təsdiqlənsə, Lukaku yeni mövsümün açılış matçında komandaya kömək edə bilməyəcək.
Avqustun 23-də “Napoli” “A” seriyasının ilk turunda “Sassuolo” ilə qarşılaşacaq.
Ötən mövsüm Lukaku iştirak etdiyi 38 oyunda 14 qol vurub və 11 məhsuldar ötürmə edib.