““Napoli”nin və Gürcüstan millimizin azarkeşləri üçün hər şeyi etməyə hazıram”

“Napoli”nin və Gürcüstan millisinin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya Neapol klubunun onun üçün əhəmiyyətindən danışıb.

Allsport.az xəbər verir ki, bu barədə o, “Calciomercato”ya açıqlama verib:

“Deyə bilərəm ki, Neapola çox bağlıyam. Yanımda olan və orada mənə dəstək olan insanlar mənə çox kömək edirlər – və mən onların qarşısında böyük məsuliyyət hiss edirəm.

Mən çox çalışıram və azarkeşlərimizi sevindirmək üçün hər şeyi edirəm. “Napoli”nin və Gürcüstan millimizin azarkeşləri üçün hər şeyi etməyə hazıram”.

Həmin kateqoriyadan