Nazir onlarla görüşdü

Yanvarın 12-də gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb.

Allsport.az saytı xəbər verir ki, Bakı gənclər mərkəzində toplantı dövlət himninin səsləndirilməsi ilə başlayıb. İdmançılarımızın beynəlxalq arenalarda qazandıqları nailiyyətləri yüksək dəyərləndirən nazir, idmançıları və onların məşqçilərini təbrik edib. 2026-cı ildə Bakının “dünyanın idman paytaxtı” olduğunu vurğulayan nazir il ərzində şəhərimizdə bir sıra idman tədbirlərinin keçiriləcəyini bildirib.

Görüş zamanı ay ərzində beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub. Sonra bir sıra idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və nəticələri barədə məlumat veriblər. Daha sonra Fərid Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük uğurlar arzulayıb.

Həmin kateqoriyadan