Nazirin gənclərlə görüşü

Mayın 14-də gənclər və idman naziri Fərid Qayıbov nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşüb.

Allsport.az xəbər verir ki, nazir gəncləri qazandıqları uğurlar münasibətilə təbrik edib, iştirak etdikləri tədbirlər və qazandıqları təcrübələr barədə fikir mübadiləsi aparıb. Avstriya, Almaniya və Türkiyə respublikasında keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə və beynəlxalq yarışlarda iştirak edən gənclər öz təəssüratlarını bölüşüb, nailiyyətləri, tədbirlərdə iştirakları haqqında ətraflı məlumat veriblər.

Görüşdə gənclərin fikirlərini və təkliflərini dinləyən nazir Fərid Qayıbov onların bundan sonra da fəaliyyətlərinin davamlılığını arzulayıb.

Həmin kateqoriyadan