“Neftçi” – “Qarabağ” görüşünü 7000 tamaşaçı izləyib

Premyer liqanın 16-cı turunda “Neftçi” – “Qarabağ” oyununu (0:4) 7000 tamaşaçı izləyib. Allsport.az saytı xəbər verir ki, bu, mövsümün 2-ci göstəricisidir. Yalnız 14-cü turda “Sabah” – “Qarabağ” qarşılaşmasında (0:0) daha çox izləyici qeydə alınıb: 10000.

Daha 4 matçda 5000 və ya daha çox tamaşaçı olub. 3-cü turun “Turan Tovuz” – “Qarabağ” (0:2) görüşünü 5800, ilk turun “Turan Tovuz” – “Qəbələ” (0:2), 3-cü turun “Sabah” – “Neftçi” (2:1) matçlarını 5500, 6-cı turun “Turan Tovuz” – “Kəpəz” (2:0) oyunun 5000 azarkeş izləyib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish