“Neftçi” və “Maximus” arasında 1 illik müqavilə

“Neftçi” PFK ilə “Maximus” MMC şirkəti arasında sponsorluq müqaviləsi bağlanıb. Allsport.az saytı xəbər verir ki, bununla əlaqədar “Neftçi arena”nın konfrans zalında tərəflər 1 illik müqavilə bağlayıblar. Anlaşmaya “ağ-qaralar”ın baş icraçı direktoru Fərrux Mahmudov və “Maximus”un təsiscisi Elnur Kosayev imza atıblar.

Razılaşmaya əsasən, “Aqua Life” markalı mineral suları ilə komandalarımızın su təminatı qarşılanacaq. Əvəzində isə əsas komandamızın ev oyunları zamanı stadion ərazisində yerləşən reklam lövhələrində “Aqua Life”ın fəaliyyəti ilə bağlı təbliğat materialları yerləşdiriləcək.

Kluba məxsus “Neftçi” TV və sosial media səhifələrində şirkətin də loqosunun yer alacağı reklam xarakterli paylaşımlar ediləcək, həmçinin müqaviləyə uyğun digər marketinq xidmətləri də göstəriləcək.

Həmin kateqoriyadan