- Baxış sayı: 33
- 22 Mart 2023 21:06
- Baxış sayı: 196
- Mart 22, 2023
- 0
“Neftçi”nin futbolçusu Sabir Buqrin karyerasını Tunisdə davam etdirəcək.
Allsport.az saytı xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi “Esperans” klubu ilə razılaşıb. Mərakeşli futbolçu tibbi müayinədən keçdikdən sonra, müqavilə imzalayacaq.
O, “Neftçi”yə 2020-ci ilin yayında Lüksemburqun “Düdelanj” klubundan transfer olunub. Bu mövsüm 20 oyunda 2 qol vurub və 2 qolun ötürməsi verib.