- Baxış sayı: 34
- 26 İyul 2024 21:04
- Baxış sayı: 47
- İyul 26, 2024
- 0
“Neftçi” PFK-nın yeni mövsümə hazırlıq planında dəyişiklik olub. Allsport.az xəbər verir ki, təlim-məşq toplanışının birinci mərhələsi iyunun 18-dək davam edəcək.
Texniki səbəblərə görə “Neftçi” Sloveniyaya ayın 18-də yola düşəcək.Bu səbəbdən iyunun 30-dək davam edəcəyi nəzərdə tutulan toplanış çərçivəsində 4 yox, 3 yoxlama oyunu baş tutacaq.
“Neftçi” iyunun 21-də Sloveniyanın “Olimpiya” (Lyublyana), 29-da isə Rusiyanın “Spartak” (Moskva) klubu ilə qarşılaşacaq. Ayın 25-dəki rəqib isə hələ ki müəyyənləşməyib. Bu haqda daha sonra məlumat veriləcək.