- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Neftçi”nin hücumçusu Kvame Karikari “Qəbələ” ilə oyun haqda fikrini bölüşüb. Allsport.az saytı xəbər verir ki, qanalı futbolçu bu məğlubiyyəti unutdurmaq üçün çalışacaqlarını deyib:
“Yaxşı hazırlıq keçmişdik. İki həftə məşq etmişdik. Amma bu futboldur, bəzən belə də olur. Bu məğlubiyyəti unutdurmaq üçün çalışacağıq. Gələn oyunda 3 xal qazanmaq üçün əlimizdən gələni etməliyik.
Bu mövsüm ölkə çempionatında ilk dəfə uduzduq. Ona görə də bu məğlubiyyət ağır oldu. Qarşıdakı oyunlara daha yaxşı hazırlaşıb, bugünki səhvləri buraxmamalıyıq. Azarkeşlərimizi üzdüyümüzə görə çox məyusuq. Növbəti turlarda onları sevindirməyə çalışacağıq”.