- Baxış sayı: 38
- 18 Aprel 2025 23:58
- Baxış sayı: 103
- Aprel 14, 2025
- 0
“Neftçi”nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat olub. Allsport.az saytı xəbər verir ki, klub rəhbərliyinin qərarı ilə bu vəzifəyə Rüstəm Allahverdiyev gətirilib. O, mayın 15-dən işinin icrasına başlayacaq.
1987-ci il təvəllüdlü həmkarımız Bakı Dövlət Universitetinin Jurnalistika və Hüquq fakültələrini bitirib. Əmək fəaliyyətinə 2007-ci ildən başlayıb.
Müxtəlif idman qəzetlərində müxbir, 2011-2015-ci illərdə Zaqatalanın “Simurq” klubunun mətbuat katibi işləyib. Sonuncu iş yeri isə “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin mətbuat xidməti olub.