“”Nyukasl” sürətli, fiziki gücü üstün olan komandadır”

Azərbaycan premyer liqasının XX turunun “İmişli” – “Qarabağ” (0:1) oyunundan sonra Ağdam komandasının baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, mütəxəssis qarşılaşma barədə fikrini açıqlayıb:

“Futbolçularıma təşəkkür edirəm, çox vacib qalibiyyət əldə etdilər. Həmçinin Bakıdan bizi dəstəkləməyə gələn azarkeşlərimizə və bütün qubalılara təşəkkür edirəm. Komandanı çox gözəl qarşıladılar, bizə azarkeşlik etdilər”.

Baş məşqçi çempionlar liqasının pley-off mərhələsində İngiltərənin “Nyukasl” klubuna qarşı fevralın 18-də keçiriləcək ilk oyun barədə də fikrinj bildirib: “”Nyukasl” sürətli, fiziki gücü üstün olan komandadır. Onlara qarşı sürətli oynamalı, topla yüksək səviyyədə davranmalısan. Lakin təəssüf ki, son iki oyunumuzda futbolçularımız dörd matçlıq yükləməyə məruz qaldılar. Yenə də təcrübəmiz var, hazırlaşacağıq”.

Həmin kateqoriyadan