“O, dünyanın ən yaxşısıdır”

Allsport.az xəbər verir ki, “İnter Mayami”nin sahibi Devid Bekhem, Lionel Messinin transferi haqda danışıb:

“Hələ də, kimsə mənə “Messi “İnter Mayami”də oynayır” deyəndə, inana bilmirəm. Komanda sahibi kimi mən çox qürur duyuram ki, heyətimizdə belə bir oyunçu var. O, dünyanın ən yaxşısıdır.

Biz həmişə başa düşürdük ki, Messini bura gətirmək ABŞ və MLS-ə hədiyyəmiz olacaq. Çünki belə insanlar futbolu dəyişir. Bu cür oyunçular yeni nəsil futbolçuları ruhlandırır. Məhz bu səbəbdən Leo ilə müqavilə imzalamaq istəyirdik”.

Həmin kateqoriyadan