Ölkə başçısı şahmat millimizə 1 milyon manat mükafat ayırıb

İlham Əliyev şahmatçılarımız barədə növbəti Sərəncam imzalayıb. Allsport.az saytı xəbər verir ki, mətndə kişi şahmatçılardan ibarət millimizin Yunanıstanın Krit adasında keçirilən Avropa komanda çempionatında ölkəni layiqincə təmsil edərək qələbə qazandığı qeyd edilir.

Sərəncama əsasən, komandamızın üçqat Avropa çempionu olması və Azərbaycan şahmatının inkişafındakı xidmətləri nəzərə alınaraq Azərbaycan Şahmat Federasiyasına 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 1 milyon manat ayrılıb.

Həmin kateqoriyadan