Ölkə yay çempionatının mandat komissiyası

14 may 2024-cü il tarixində Azərbaycan atletika federasiyasında atletika idman növü üzrə 17-18 may 2024-cü il tarixində keçiriləcək “Ölkə yay çempionatı”nın mandat komissiyası keçirilmişdir.

Allsport.az xəbər verir ki, iclasda Azərbaycan atletika federasiyasının icraçı direktoru Kamal Əhmədov, hakimlər kollegiyasının sədri və yarışın direktoru Şirin Vəliyev, yarışın baş hakimi Nemət Heydərov, yarışın baş katibi Nataliya Kafarova və idman təşkilatlarının məşqçi-nümayəndələri iştirak etmişdir. İclas ərzində çempionat haqqında müzakirələr edilmiş, yarışın cədvəli təsdiq olunmuşdur.

Həmin kateqoriyadan