Öncə Yannis Anastasiu, sonra Roman Qriqorçuk

Avqustun 20-də UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda “Qəbələ” Yunanıstanın “Panatinaikos” komandasını qəbul edəcək. Allsport.az xəbər verir ki, “Bakcell Arena”da baş tutacaq matç öncəsi baş məşqçilərin mətbuat konfransı bu gün – avqustun 19-da, saat 18:45-də arenanın media zalında start götürəcək.

İlk olaraq jurnalistlərin önünə “Panatinaikos”un baş məşqçisi Yannis Anastasiu çıxacaq. 20:15-də isə “Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk media nümayəndələrinin suallarını cavablandıracaq.

Həmin kateqoriyadan