- Baxış sayı: 32
- 20 Mart 2025 13:58
- Baxış sayı: 132
- Mart 19, 2025
- 0
Allsport.az xəbər verir ki, Dmitri Bivol məşhur rusiyalı boksçudur. İdmançı 2016-cı ildə məğlubiyətsiz adlandırılan Feliks Valeranı məğlub edərək yüngül çəkidə VBA çempion olub. Bununla yanaşı Bilov 2006-cı ildə İstanbulda və 2007-ci ildə Bakıda keçirilən U-19 üzrə dünya çempionatında da 1-ci yeri tutub.
Onu bu qələbələrə və inamlı mübarizəyə həvəsləndirən həyat yoldaşı Yekaterina Bivoldur.
Dmitri və Yekaterina 16 il əvvəl – 2007-ci ildə tanış olublar. O vaxt onların cəmi 16 yaşı var idi.
Tanışlıqları ilə bağlı Yekaterina belə deyib:
“Mən çox təcili olaraq Soçiyə, xərçəngdən ölən nənəmin yanına gedirdim. Və hava limanında həyatımın mənası ilə qarşılaşdım. Və uzaqlaşdıq!” .
Dmitri isə o anları belə xatırlayır:
“Mən Soçiyə təlim-məşq toplanışı üçün gedirdim. İlk baxışdan sevgi idi. Soçidə çantamızı götürmək üçün çox uzun müddət gözləməli olduq. Gücünü topladı, anası yanından ayrılan kimi, gəldi və tanış olmaq istədi”.