- Baxış sayı: 33
- 15 Fevral 2026 18:02
- Baxış sayı: 273
- Fevral 13, 2026
- 0

“Neftçi” premyer liqanın XX turunda “Kəpəz”i səfərdə 3:1 hesabı ilə məğlub etdi. Allsport.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisu Yuri Vernidub oyundan sonra bunu dedi:
“İlk növbədə qələbə münasibətilə “Neftçi” azarkeşlərini təbrik edirəm. Bir neçə gün əvvəl “Forza Neftçi”nin ad günü idi. Həmin vaxt xəstə olduğum üçün orada iştirak edə bilmədim və buna görə də onlardan üzr istəyirəm.
Azarkeşlərimiz hər zaman komandanın arxasında olduğu üçün biz belə uğurlu nəticələr əldə edirik. Sambu və Abubakara gəldikdə, bu ön xətt futbolçuları arasında seçim etmək mənə çətindir, amma bu gün hər ikisinin oyunundan razı qaldım. Öz üzərlərində işləməyə bu cür davam etsələr, daha yaxşı oynayacaqlar.
Gələn həftə rəsmi matçımız olmadığı üçün, ya yoxlama görüşü keçirəcəyik, ya da öz aramızda oynayacağıq. Yəni, komandanı tarazlıqda saxlamağa çalışacağıq ki, qələbə qazanmağa davam edək”.