- Baxış sayı: 34
- 26 İyul 2024 21:04
- Baxış sayı: 47
- İyul 26, 2024
- 0
Allsport.az xəbər verir ki, “İnter”in hücumçusu Lautaro Martinez komandanın baş məşqçisi Simone İnzaqi haqda fikirlərini bildirib:
“İnzaqi qeyri-adi bir insandır. Onunla biz təbəssümlə işləyirik – məşqçi üçün çox vacib keyfiyyətdir. Hər kəsin qayğısına qalır və təkmilləşməyə davam edir. Onun “İnter”dəki işini artıq inanılmaz adlandırmaq olar: onunla biz kuboklar qazandıq, çempionlar liqasının finalına çıxdıq. Biz hələ də “Skudetto” qazana bilməmişik, amma indi bunun üzərində çalışırıq”.