- Baxış sayı: 28
- 26 Dekabr 2024 23:11
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
Azərbaycan premyer liqasının XII turunun “Neftçi” – “Araz-Naxçıvan” (0:1) oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abbasov jurnalistlərin suallarını cavablandırıb. Allsport.az xəbər verir ki, mütəxəssis oyun barədə bunları deyib:
“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Yaxşı komandaya qarşı oynadıq. Oyun haqda danışmaq çətindir. Üzüntülü vəziyyətdə idik, çünki bu matçadək futbolçularımız bir-bir sıradan çıxmışdı. Həm də “Sabah”la oyundan sonra məşq etməyə o qədər də vaxtımız qalmamışdı.
Liderlər qrupunda qərarlaşan rəqibə qarşı matçın əvvəllərindən sanki komandamızda bir gərginlik vardı. Futbolçularımızın bir-bir sıradan çıxması təkcə planları yox, ümumiyyətlə, hər şeyi pozdu və rotasiya imkanlarımızı məhdudlaşdırdı. Görüləcək işlərimiz doğrudan da çoxdur.
Bu yola çıxmışıq və inanırıq ki, öhdəsindən gələcəyik. Azarkeşlərimizə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Oyun bitəndən dərhal sonra futbolçularımızla söhbət etdilər, bizi dəstəklədilər. Sağ olsunlar, var olsunlar”.