- Baxış sayı: 28
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

Azərbaycan premyer liqasının 2025/26 mövsümünün startı Filip Ozobiç üçün əlamətdar olub.
Allsport.az xəbər verir ki, “Turan Tovuz”da debüt edən 34 yaşlı yarımmüdafiəçi premyer liqada 200-cü oyununu keçirib.
Yubileyi “İmişli” ilə səfər matçına (1:0) təsadüf edən futbolçu bu qarşılaşmalarda 66 qol vurub.
Filip premyer liqada 2016/17 mövsümündə “Qəbələ”də debüt edib. Dörd klubda forma geyinən yarımmüdafiəçi “Qarabağ”da 95 (35 qol), “Neftçi”də 58 (15 qol), “Qəbələ”də 46 (16 qol) və “Turan Tovuz”da 1 oyuna çıxıb.
Ozobiç çempionatın 33 illik tarixində 200 və daha çox oyun keçirən 156-cı futbolçudur.