“Paltardəyişmə otağında ilk dəfə çempion olanları ayrıca təbrik etdim”

“Futbolçularımı təbrik etmək istəyirəm. Mövsüm hələ bitməyib. Çox layiqli çempionluq əldə etdilər. Demək olar ki, mövsümə necə başladıqsa, bu günə kimi eyni tempdə gəldik. Bu il futbolçularımın böyüməsi, məsuliyyəti daha çox hiss etməsi baxımından əhəmiyyətli oldu”.

Allsport.az saytı xəbər verir ki, bunu mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov söyləyib. O, premyer liqanın 25-ci turunda “Sabah”la 0:0 bitən matş barədə bunu əlavə edib:

“Paltardəyişmə otağında ilk dəfə çempion olanları ayrıca təbrik etdim. İdmançının arzusu çempion olmaqdır. Həmin futbolçularımı ürəkdən təbrik etdim. Onların bizimlə birlikdə bu ada gəlib çatması məni çox sevindirdi. Möhtəşəm azarkeşlərimizi təbrik edirəm, o cümlədən də rəhbərliyi.

Qarşıda hələ xeyli sayda oyunumuz var. Son 15 gündə ağır oyunlar oldu. Bəzi futbolçularımızın yorğunluğu hiss olundu. Rəqib də bizi bu gün yorulmağa məcbur etdi.

Son günlər çox yaxşı performans göstərən “Sabah”a qarşı oynadıq. Onlar avrokuboklarda oynamaq istəyirlər. Hər bir halda qalib gəlməsək də, titulu əldə etdik. “Qarabağ” camiəsini təbrik edirəm”. 

Həmin kateqoriyadan