PAOK “Qəbələ”dən sonra səfər matçından qalib ayrıldı

Yunanıstan çempionatında 12-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi – PAOK da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Kalloni” ilə qarşılaşıb. “Qəbələ”nin rəqibi bu oyundan 3:1 hesablı qələbə ilə ayrılıb. Qeyd edək ki, PAOK geridə qalan turlarda topladığı 19 xalla 6-cı pillədə qərarlaşıb.

Həmin kateqoriyadan