- Baxış sayı: 39
- 14 Yanvar 2025 20:21
- Baxış sayı: 639
- Yanvar 10, 2025
- 0
Paris olimpiadasında 70 kq-da qızıl medal qazanan xorvatiyalı cüdoçu Barbara Matiçin atası cinsi təcavüzdə şübhəli bilinərək saxlanılıb.
Allsport.az saytı xəbər verir ki, avqustun 1-də cüdo yarışlarının keçirildiyi “Kamp de Mars” arenasının tribunalarında tamaşaçıların əyləşdirilməsinə cavabdeh olan könüllü qadının şikayəti əsasında Matiçin valideyni dindirilmək üçün nəzarətə götürülüb.
Bir gün əvvəl 24 yaşlı qız polisə bildirib ki, qızı olimpiya turnirinin 1/4 finalında qalib gəldikdən sonra Matiçin atası onun dodaqlarından zorla öpüb.