- Baxış sayı: 54
- 04 May 2026 16:08
- Baxış sayı: 120
- May 04, 2026
- 0

Formula-1 komandası “Haas” yanvarın 15 və 16-da sınaq yürüşlər keçirəcək.
Allsport.az xəbər verir ki, VF-23 bolidinin sükanı arxasında fransalı Esteban Okon, britaniyalı Oliver Berman və Yaponiya təmsilçisi Ritomo Miyata əyləşəcəklər. Sınaqlar Xeresdə (İspaniya) baş tutacaq.
F-1 qaydalarına əsasən, komandalar ən azı iki mövsüm əvvəl istifadə edilmiş avtomobillərdə məhdudiyyətsiz sınaqlar keçirmək hüququna malikdirlər.
“Haas” ötən mövsüm mühəndislər kubokunda yeddinci yeri tutmuşdu.