“Klubun mənə heç bir borcu yoxdur”

“Barselona”nın sabiq müdafiəçisi Jerar Pike, klubunun ona heç bir borcu olmadığını deyib.

Daha əvvəl “Barça” prezidenti Xuan Laporta klubun Lionel Messiyə 2025-ci ilə qədər pul ödəməyə davam edəcəyini bildirmişdi, baxmayaraq ki, futbolçu 2021-ci ildə İspaniya təmsilçisindən ayrılıb. 

Pike 2022-ci ilin noyabrında futbolçu karyerasını bitirib.

“Klubdan ayrıldığım gün hər şeyi həll etdik. Klubun mənə heç bir borcu yoxdur. Ayrılmaq mənim qərarım idi. Klubdan nəsə istəməyin mənası yoxdur Oynadığım müddətdə layiq olduğumu aldım” – Pike deyib.

Həmin kateqoriyadan