Premyer liqanın 9-cusu: tarixdə 17-ci dəfə

“Sabah” premyer liqanın startında ardıcıl 4-cü qələbəsini qazanıb. Allsport.az saytı xəbər verir ki, Murad Musayevin komandası “Qəbələ”ni səfərdə 2:0 üstələyərək xal hesabını 12-yə çatdırıb.

Bu, klub tarixində startda ilk belə sıralamadır. “Ağ-göylər” ölkə çempionatlarına 4 qələbə ilə başlamağı bacaran 9-cu komanda olub.

Bunadək 8 komanda mövsümün ilk 4 matçında xal itirməyib. Bunlar “Neftçi”, “Qarabağ”, “Şəmkir”, “Xəzər Lənkəran”, “Şəfa”, “Xəzri”, “Kəpəz” və AzAL-dır. İndiyədək 16 dəfə bir komanda ilk 4 qarşılaşmada 12 xal toplamışdı. Cari mövsüm qeydə alınan qələbə seriyası 17-ci olub.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish