“Prezident kuboku” reqatası başa çatdı. Son gündə 5 cüt medal!

Bu gün Mingəçevirdə “Kür” olimpiya tədris-idman mərkəzində ümummilli lider Heydər Əliyevin 101-ci ildönümünə avarçəkmə üzrə “Prezident kuboku” reqatası sona yetdi. Allsport.az saytı xəbər verir ki, 3 gün davam etmiş yarışda 21 ölkədən 30-a yaxın komanda iştirak etdi. Bizdən mübarizəyə 65 idmançı qatıldı.

Fərəhlidir ki, Azərbaycan millisi son rəqabət günündə də fərqləndi. Bu dəfə medalların soyu daha çox oldu. Qiyas ƏhmədovVacib Babayev (2008-2009-cu il təvəllüdlü) 2-yerlik qayıqda 200 metr məsafəyə kayak yarışında gümüş medal qazandılar. Eyni nəticəni Niyaz MəlikovEmil Zeynalov cütü (2008) 100 metr məsafədə göstərdilər.  

2-yerlik qayıqda kayakda 200 metr məsafəyə yürüşdə İbrahim MəmmədzadəSərhad Fərhadzadə (2010); Nurlan PaşayevFariz Babayev (2006-2007), eləcə də Məhəmməd Həsənov Raul Şamilov (2010) akademik avarçəkmədə 1500 metr məsafəyə ötüşmədə 3-cü yer tutdular.

Həmin kateqoriyadan