- Baxış sayı: 47
- 11 İyul 2025 22:23
- Baxış sayı: 300
- İyul 11, 2025
- 0
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə avarçəkmə üzrə “Prezident kuboku-2022” reqatası sona yetdi. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci gününə Mingəçevirdə “Kür” olimpiya tədris-idman mərkəzində start verildi.
Azərbaycan ilə yanaşı, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistandan 100-dən artıq idmançının qatıldığı turnirdə akademik avarçəkmə növündə qaliblər müəyyənləşdi.
Dünən Tərtər rayonunda Suqovuşan su anbarında kayak və kanoe növlərində mübarizə oldu. Yeniyetmə və gənclər arasında 5 yaş kateqoriyasında Azərbaycan komandası 7 qızıl, 10 gümüş və 8 bürünc medal qazandı.