“Qəbələ” “Panatinaikos”la ilk oyunda heç-heçə etdi

Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən “Qəbələ” də beynəlxalq arenada növbəti sınağına çıxıb.

Xatırladaq ki, Premyer Liqanın son mövsümünün bürünc mükafatçısı olan “Qəbələ” Avroliqanın ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulmuşdu. Bölgə təmsilçisi birinci təsnifat mərhələsində Tiflis “Dinamo”sundan (Gürcüstan) üstün olmuşdu (səfərdə 1:2, evdə 2:0). İkinci təsnifat mərhələsində Serbiyanın “Çukariçki” (səfərdə 0:1, evdə 2:0) klubunu mübarizədən kənarlaşdıran komandamız son olaraq Kipr “Apollon”una gücünü göstərmişdi (səfərdə 1:1, evdə 1:0).

Bu dəfə isə “Qəbələ”ni Yunanıstan nəhəngi “Panatinaikos”la çətin duel gözləyir. Cavab görüşü səfərdə olacağından Roman Qriqorçukun komandası Bakıdakı ilk matçdan inamlı qələbə ilə ayrılmalıydı ki, tarixində ilk dəfə Avroliqanın qrup mərhələsində oynamaq şansını saxlasın. Təəssüf ki, təmsilçimiz 90 dəqiqə ərzində güclü rəqibinin qapısına yol tapa bilmədi. Nəticədə, bu cütün taleyinə Afinada keçiriləcək cavab görüşündə aydınlıq gələcək.

Avropa Liqası
Pley-off mərhələsi (ilk oyun)
20 avqust

21:00. “Qəbələ” – “Panatinaikos” – 0:0
Sarı vərəqə: Zeka, 31. R.Santos, 49. Y.Vemmer, 63. A.Antonov, 83.
Hakimlər: Andre Marriner, Simon Bennett, Li Betts, Robert Medli (İngiltərə).
Bakı. “Bakcell Arena”.

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 44. Rafael Santos, 6. Rəşad Sadiqov, 7. Ermin Zets (66. Samir Zərgərov, 58), 19. Aleksey Qay, 9. Sergey Zenyov, 10. Dodo (k), 69. Aleksey Antonov (11. Asif Məmmədov, 90).
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 8. Məhəmməd Mirzəbəyov, 15. Viitali Vernidub, 4. Elvin Camalov, 5. Georgi Floresku.
Baş məşqçi: Roman Qriqorçuk.
“Panatinaikos”: 15. Luk Stil, 4. Giorgos Kutrumbis, 20. Statis Tavlaridis, 21. Nano, 10. Zeka (k), 11. Yens Vemmer, 17. Robin Lod (14. Abdul Ayaqun, 67), 23. Nikos Kaltsas (8. Tassos Laqos, 76), 32. Daniyel Pranyiç, 19. Nikos Karelis (9. Markus Berq, 58), 33. Mladen Petriç.
Ehtiyat oyunçular: 1. Stefanos Kotsolis, 3. Diamantis Kukumis, 12. Nikos Marinaki, 29. Sotiris Ninis.
Baş məşqçi: Yannis Anastasiu.

Həmin kateqoriyadan