“Qəbələ” rekorda gedir

Premyer Liqada 10-cu mövsümünə başlayan “Qəbələ” ötən çempionatdan bu yana davam edən məğlubiyyətsiz oyunlar seriyasını 15 oyuna çatdırıb. Allsport.az xəbər verir ki, bu o, deməkdir ki, komanda tarixi rekordunu təkrarlamağa çox yaxındır.

2011-ci ildə qeydə alınan həmin rekord 16 matçdan ibarətdir. Deməli, növbəti turda, avqustun 23-də “Kəpəz”lə ev oyununda rekord təkrarlana bilər.

Braziliyalı futbolçu Luis Paulo Hilario və ya sadəcə, Dodo isə “Qəbələ”də keçirdiyi oyunların sayına görə yeni rekordçumuz olub – 114 matç. Oyun sayına görə ikinci sırada sabiq futbolçumuz Viktor Mendi qərarlaşıb – 112 matç. Son çempion “Qarabağ” 1 ilə yaxındır “Qəbələ”yə qalib gələ bilmir. Sonuncu qələbəni 2014-cü il oktyabrın 17-də qazanan (2:0) Ağdam klubu bundan sonra “qırmızı-qaralar”la keçirdiyi 4 oyunda istəyinə çata bilməyib.

“Qəbələ”nin heyətində çempionatdakı debüt matçında fərqlənən Sergey Zenyov həm də komandamızın bu mövsümdə ilk qolunun müəllifi olub. O, Avropa Liqasında “Çukariçki”yə 2:0 hesabı ilə qalib gəldiyimiz matçda dubl etmişdi. Zenyov “Qəbələ”də debüt edən ilk eston futbolçu kimi də tarixə düşüb. Yeri gəlmişkən, ukraynalı hücumçu Aleksey Antonov da çempionatımızda qol hesabını açıb.

Həmin kateqoriyadan