- Baxış sayı: 31
- 20 Dekabr 2024 23:54
- Baxış sayı: 152
- Dekabr 18, 2024
- 0
“Qəbələ”nin sabiq müdafiəçisi, hazırda Ukraynanın “Zarya” klubunda çıxış edən Mixail Sivakov keçmiş komandasına keçidini yada salıb. Allsport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
“Mən hər dəfə komanda dəyişərkən yaranan vəziyyətə görə özümdə günah olmayıb. Məsələn, mən məmnuniyyətlə o vaxt “Çernomorets”də qalmağa və orada daha uzun müddət oynamağa razı idim. Yaxşı klubdur, əla şəhərdir. Məni hər şey qane edirdi. Sadəcə, klubun problemləri yarandığından, getmək məcburiyyətində qaldım. “Qəbələ” ilə 4 aylıq müqavilə imzaladım. Çünki hara getdiyimi, nə olacağını bilmirdim. Həm də o vaxt mənim başqa yaxşı variantım yox idi. Üstəlik, məni oraya “Çernomorets”də birgə çalışdığım və yaxşı tanıdığım baş məşqçi (Roman Qriqorçuku nəzərdə tutur – red.) çağırırdı. Lakin “Qəbələ” ilə müqaviləmin müddəti bitən kimi klubdan getdim”.