“Qəbələ” 2-ci pilləyə yüksəldi

Azərbaycan premyer liqasında XIII tura yekun vurulub.

Allsport.az xəbər verir ki, turun və günün sonuncu oyununda “Zirə” “Qəbələ”ni qəbul edib.

Qarşılaşma əyalət təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. Görüşdə ilk qol 32-ci dəqiqədə qeydə alınıb. Urfan Abbasov qonaqları hesabda önə keçirib. 40-cı dəqiqədə Rövlan Muradov cərimə zərbəsindən baxımlı qola imza ataraq “qırmızı-qaralar”ın üstünlüyünü iki topa çatdırıb. 86-cı dəqiqədə “Qəbələ”nin futbolçusu Omar Hanı 2-ci sarı vərəqəni alaraq meydandan qovulub.

Paytaxt klubunun gürcüstanlı legioneri Davit Volkov 45+4-cü dəqiqədə fərqi azaltmağa müvəffəq olub.

Bu nəticədən sonra xallarının sayını 25-ə çatdıran “Qəbələ” 2-ci pilləyə yüksəlib. “Zirə” 22 xalla üçüncü sıradadır.

Həmin kateqoriyadan