- Baxış sayı: 33
- 06 Aprel 2026 12:06
- Baxış sayı: 129
- Aprel 03, 2026
- 0

“Qəbələ” ölkə kubokunun doğma şəhərində təqdimatını edəcək. Allsport.az saytı xəbər verir ki, mayın 19-da Naxçıvanda qazanılan mükafat Qəbələyə əlamətdar gündə aparılacaq.
Klubun qazandığı ilk kubok 28 may – Respublika günündə azarkeşlərə təqdim olunacaq. Bununla əlaqədar Qəbələ şəhər stadionunda bayram tədbiri təşkil ediləcək. Tədbir saat 19:00-da başlanacaq.
Xatırladaq ki, “qara-qırmızılar” finalda “Sumqayıt”a 1:0 qalib gəlib.