- Baxış sayı: 34
- 25 Mart 2026 20:26
- Baxış sayı: 137
- Mart 25, 2026
- 0

“Qəbələ” ispaniyalı futbolçu Xayme Sierranı transfer edib.
Allsport.az xəbər verir ki, 27 yarımmüdafiəçi artıq klubun düşərgəsindədir.
“Burada, sizlərlə olduğum üçün çox xoşbəxtəm. Belə böyük klubda oynayacağım üçün çox məmnunam. Əminəm ki, möhtəşəm bir mövsüm keçirəcəyik. İrəli!” – deyə, Sierra klubun mətbuat xidmətinə açıqlamasında qeyd edib.
Sierra “Real Madrid”in yetirməsidir. O, son olaraq Xorvatiya təmsilçisi “Varajdin”in formasını geyib.