- Baxış sayı: 30
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 100
- Noyabr 25, 2024
- 0
“Qəbələ” mövsüm başlayandan bir ay əvvələ kimi yüksəlişdə idi. Allsport.az saytı xəbər verir ki, Roman Qriqorçukun gəlişindən sonra Avropa Liqasına vəsiqə qazandı, ardınca bu turnirin qrupuna düşməyi bacardı, çempionatda “Qarabağ”a layiqli rəqibə çevrildi. Günü gündən də ukraynalının şəninə deyilən təriflərin sayı artdı. Elə bu məqamda məlumat yayıldı ki, bəs Ukrayna Futbol Federasiyası da Qriqorçuka heyran olub. Onun işini o qədər yüksək qiymətləndirir ki, Ukrayna milli komandasının baş məşqçsi postunda görmək istəyir. Nə oldusa, elə o söhbət çıxandan sonra oldu. “Qəbələ” həm daxili çempionatda, həm də Avropa Liqasında uğursuz nəticələri sıralamağa başladı. Əvvəl “Krasnodar”a məğlub oldu. Ardınca “Borussiya”dan Bakıda 3, Dortmunda isə 4 qol “yedi”. Avroliqadakı məğlubiyyətləri müəyyən mənada başa düşmək olar. Hər halda bu turnirin və orada çıxış edən klubların səviyyəsini Premyer Liqamızdakı komandaların (“Qarabağ” istisnadı) səviyyəsi ilə müqayisə etmək ayıb olardı. Bəs, daxili birincilikdəki uğursuzluqlara nə ad verək? “Qəbələ” əvvəl “Zirə”ni, sonra isə AzAL-ı da məğlub edə bilmədi. “Kəpəz”ə isə uduzdu. Komanda ac-yalavac “İnter”iə də bacarmadı. Üstəlik, məzmunlu oyundan söhbət gedə bilməzdi. Özü də hər 4 oyun Qəbələdə keçirilmişdi. Bütün bunları təsadüfi saymaq olmaz. Əgər komanda ard-arda bir neçə oyunda uğursuz nəticə göstərirsə, deməli, ortada ciddi problem var. Əks halda, necə ola biər ki, bir neçə həftə bundan əvvələ kimi uğurlu nəticələri sıralayan komanda birdən-birə qələbəyə həsrət qaldı?
Qriqorçukun yaratdığı şübhələr
Problemi həll elmək üçün onu yaradan səbəbləri bilmək lazımdı. Niyə hər şey birdən-birə bu qədər dəyişdi? Bəlkə də əlaqəsi yoxdur, amma fakt odur ki, məhz Ukaryna variantının ortaya çıxmasından sonra “Qəbələ” qələbəyə həsrətdi. Çoxları belə düşünür ki, Qriqorçukun bütün fikri Ukayna millisində qaldığı üçün “Qəbələ”ni oyunara kökləyə bilmir. Özü də oyunlara əvvəllki kimi aqressiv yanaşmır. Məsələn, əvvəl adi bir oyunda hesabda irəli olsalar da, ukraynalı məşqçi öz yetirmələrinin üstünə qışqırıb, onların daha diqqətli oynaması üçün aqerssiv göstərişlər verib. Ancaq indi komandası 0:4 uduzmasına baxmayaraq, baş verənləri təbəssümlə qarşılayır. Düzdür, istər baş məşqçi, istərsə də rəhbərlik Ukrayna söhbətinin baş məşqçiyə heç bir mənfi təsiri olmadığını deyə bilər. Ancaq istənilən halda bunu iddia edənlərin sayı daha çoxdur. Qriqorçuk özü də bu tip suallar olanda qətiyyətlə təkzib eləmir. Təkzib eləmirsə deməli, nə isə var.
Bundan başqa, yaxınlarda “Qəbələ”nin sabiq baş məşqçsi Yuri Syominin Azərbaycana gəlməsi və sabiq klubunun oyununu izləməsi də az şeydən xəbər vermir. Bütün bu olanlar isə şübhəsiz ki, futbolçulara da təsr edir. Onarın da fikirlərində müəyyən haçalanma baş verir. Bir sözlə, Ukrayna millisindən gələn təklifdən sonra “Qəbələ”nin baş məşqçisinin fikirləri, oyuna yanaşması da sanki dəyişib. Bəlkə də belə deyil, amma kənardan bu cür görünür. Deməli, deyilənləri və yazılanları da yalan adlandırmaq olmaz. Azından baş məşqçi özü də xəbəri qətiyyətlə təkzib etməməklə şübhələrə əsas verir.
Yerlipərəstlik, yoxsa yalnış seçim?
Qriqorçukun heyətlə bağlı seçimində də anlaşlmaz məqamlar var. Öncə ondan başlayaq ki, ukraynalı məşqçi öz həmyerlilərini sanki toxunulmaz şəxs elan edib. Məsələn, Qay, Antonov, Bezotosnıy əvəzolunmazdı və ehtiyat oyunçular skamyası onlara yaraşmır. Bu futbolçular hətta, çox zəif oynasalar belə çox vaxt əvəzlənmirlər. Qay kimi yaşlı futbolçunun “Borussiya” kimi gənc və dinamik komandaya qarşı 90 dəqiqə futbol oynamağa gücü çatmaz. Amma Qriqorçuk almanlarla oyunlarda Qayı oyunboyu meydanada saxladı. 33 yaşlı futbolçunun ikinci hissədə yorulduğu açıq-aşkar hiss edilirdi. Antonov hücumçu və legioner olmasına, arada fərqlənməsinə baxmayaraq, heç də səviyyəli futbolçu sayılmamalıdı. Amma daim meydanda olur. Təbii, başa düşürük ki, məşqçi güvənib gətirdiyi futbolçuya şans verməlidi. Ancaq bir şərtlə ki, həmin futbolçu meydana çıxmağa tam hazır olsun. Yoxsa, Qayın fiziki gücü 90 dəqiqə oynamağa imkan vermədiyi halda onu oyunun axırına kimi meydançada saxlamaq daha çox yerlipərəstliyə bənzəyir.
Lazımdır, niyə oynatmırsan, lazım deyil, niyə almısan?
Həmkarımız Anar Xanlarov “Het-trik news” qəzetində yazıb ki, diqqət çəkən daha bir məqam yerli futbolçulara o qədər də inamın olmamasıdır. Hətta “o qədər” yox, “ümumiyyətlə” desək, daha doğru olardı. Çünki Premyer Liqada limitə görə istədin-istəmədin yerli futbolçuların xidmətindən yararlanmalısan. Ancaq Avropa Liqasında Qriqoçukun yalnız legionerlərə şans verməsi onu sübut edir ki, məşqçi yerliləri məcburiyyətdən oynadır. Əgər daxili çempionatda limit olmasa, Premyer Liqada da ancaq legionerləri oynadar. Məsələn, Meza Kollini buna bariz nümunə göstərmək olar. Qriqorçuk bu futbolçunu limit səbəbindən çempionatda oynada bilmir. Ancaq Avropa Liqasında start heyətində meydana buraxır. Prisipcə bunun özü də düzgün yanaşma deyil. Çünki yalnız avrokubok oyunlarında oynamaq şansı qazanan paraqvaylı futbolçu heyətə uyğunlaşa bilmir ki, bu da komandanın ziyanınadı. Vaqif Cavadovun nəyə görə transfer olunduğunun səbəbini isə kimsə bilmir. Əgər bu futbolçu “Qəbələ”yə gəlibsə, deməli, baş məşqçinin də razılığı olub. Əgər baş məşqçi də Vaqifin gəlişinə etiraz etməyibsə, deməli, ona inanır, güvənir. Elə isə niyə biz bu futbolçunu meydanda görmürük? Təsəvvür edin, Cavadov Dortmunda aparılır, amma adı heç ilk “18-ly”ə də salınmır. Bu nə deməkdir? Vaqif turistdi, havayı yerə klubdan pul alır? Əgər bir futbolçu ki, sənə lazım deyil qoy, getsin oynaya biləcəyi klubla anlaşsın.
İki cəbhəyə bəs etməyən heyət
Son zamanlar yaşanan daha bir uğursuzluğa səbəb kimi, “Qəbələ”də layiqli ehtiyat qüvvənin olmadığını göstərə bilərik. Məsələn, “Qarabağ”da belə qüvvə var. Qurban Qurbanov daha tədbirli tərpənib mövsüm öncəsi bir sıra transferlər elədi. Xüsusilə də istedadlı yerli futbolçuları heyətə qatdı. Hansı ki, avrokuboklardakı vacib oyunlar zamanı çempionatda məhz həmin gənclərə şans verir. İnsaf naminə deyək ki, “Sumqayıt”la oyunu çıxmaq şərti ilə həmin gənclər və həmin ikinci heyət özünü doğruda bilib. “Qəbələ”də isə belə bir qüvvə yoxdur. Ona görə də Qriqorçuk məcbur olub həm çempionatda, həm də Avropa Liqasında demək olar, eyni heyətlə oynayır. Yekunda isə komanda fiziki cəhətdən çatdırmır. Üstəlik, cəzalıları və zədəliləri də bura əlavə etsək, durum daha da qəlizləşir. Buna görə də “Qəbələ” “Qarabağ”la müqayisədə həm Premyer Liqada, həm də Avropa Liqasnda zəif çıxış edir. Qriqorçuk “Borussiya”nı qaldırıb dağın başına qoymuşdu və hər açıqlamasında sanki bu komandanı məğlub etməyi mümkünsüz sayaraq onlardan nələrisə öyrəndiklərini deyirdi. Ancaq maraqlıdır ki, “Qarabağ” heç də “Borussiya”dan zəif olmayan “Monako” və “Tottenhem” kimi klublara qarşı əsl futbol ortaya qoydu. Deməli, çatışmazlıqları bu cür bəhanlərlə ört-basdır etməyə də ehtiyac yoxdur. Əgər Qriqorçukun fikrində Ukrayna millisini çalışdırmaq varsa, bunu səmimi şəkildə etiraf etsin və kludan ayrılsın. İnanmırq ki, klub rəhbərliyi onun gedişinə problem yarada. Çünki Qriqorçuk həqiqətən də “Qəbələ” üçün qısa müddətdə mümkünsüzü mümkün elədi. Əminik ki, “Qəbələ” rəhbərliyi onu qürurla yola salacaq. Əvəzində isə yeni baş məşqçi məsələsini həll edib həmin məşqçinin komandanı gələn yay start götürüləcək avrokuboklara hazırlamasına şərait yaradılmalıdır. Yox, əgər həqiqətən də ukraynalının fikrində ancaq “Qəbələ” varsa, o zaman sadaladığımız problemləri qısa zamanda aradan qaldırıb komandanı “qara zolaq”dan çıxarmalıdır.