Qadın futbol millimiz evdə Türkiyəni yenib

“B” liqasının 1-ci qrupunda yer alan millimiz 4-cü matçında Türkiyə yığması ilə qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, “Liv bona dea arena”da görüş meydan sahibələrinin 1:0 qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 89-cu dəqiqədə Nigar Mirzəliyeva vurub. Bu nəticədən sonra millimiz xallarının sayını 4-ə yüksəldib. Türkiyə yığmasının hesabında isə 6 xal var.

Növbəti oyununu iyulun 12-də paytaxtda Macarıstan futbolçularına qarşı olacaq.

Həmin kateqoriyadan