- Baxış sayı: 56
- 16 Dekabr 2025 12:12
- Baxış sayı: 80
- Dekabr 17, 2025
- 0

Tailandın Puket şəhərində muay tay üzrə “Patonq” peşəkar liqası keçirilir. Həmin yarışda ölkəmizi qadınlarda kikboks millisinin üzvü Ceyran Əkbərova təmsil edir. Həmyerlimiz artıq 2 döyüş keçirib və hər 2-sində qələbə qazanıb.
İlk görüşü 3-cü raundda nokautla nəticələnib. Hər qarşılaşma 5 raunddan ibarətdir. Bunu allsport.az saytına onun şəxsi məşqçisi Pərvin Hüseynov deyib. Onun sözünə görə, rəqiblər yerli idmançılar olublar.
Ceyran Əkbərova mayın 1-dən dünya çempionatına hazırlıq məqsədi ilə Tailandda təlim-məşq toplanışındadır. “Qara almaz” ləqəbli döyüşçü kikboksda Avropa çempionatının mükafatçısıdır.

