- Baxış sayı: 40
- 19 Dekabr 2024 20:49
- Baxış sayı: 156
- Dekabr 18, 2024
- 0
Odlar yurdunun qadın idmançılarının Sidney-2000-dən başlayan uğur sıralaması 24 ildən sonra qırılıb. Allsport.az saytı xəbər verir ki, bu, Paris-2024-də baş verib. Çağdaş Azərbaycan idmanı tarixində ilk qaranquş Zemfira Meftəhəddinova olub. O, stend atıcılığının skit növündə olimpiya qızılı qazanıb. O, Afina-2004-də bu proqramda gümüş medalı son anda əldən qaçırmışdı. Onunla yanaşı, güllə atıcısı İradə Aşumova da 3-cü yer tutmuşdu və o da baş mükafatı axır andan əldən vermişdi.
Maraqlı məqam odur ki, onlardan savayı, digər mükafata yetişən qadın olimpiyaçılarımız legionçular olub. Bu snayperlərimizin sovet məktəbinin yetirməsi olduğunu nəzərə alsaq, hələ də müstəqil Azərbaycanın yetişdirdiyi qadın idmançı yay olimpiya oyunlarında fəxri kürsüyə qalxmayıb.
Qadınlarımız indiyədək 7 dərəcədə (atıcıq (güllə, stend), güləş, avarçəkmə (kanoe), taekvondo, karate və cüdo) cəmdə 13 medala sahib çıxıblar: 1 qızıl, 3 gümüş, 9 bürünc.
Medalların əyarı baxımından Sidney-2000, say cəhətdən Rio-2016 xanımlarımıza zirvə olub. Ən çox qadın iştirakçımız da Paris-2024-ə təsadüf edib: 21.
Sidney-2000
Zemfira Meftahəddinova (stend atıcılığı, dairəvi)
Afina-2004
Zemfira Meftahəddinova (stend atıcılığı, dairəvi)
İradə Aşumova (güllə atıcılığı, pnevmatik tapançadan 25 m məsafəyə)
Pekin-2008
Mariya Stadnik (qadın güləşi, 48 kq)
London-2012
Mariya Stadnik (qadın güləşi, 48 kq)
Yuliya Ratkeviç (qadın güləşi, 55 kq)
Rio-2016
Mariya Stadnik (qadın güləşi, 48 kq)
Nataliya Sinişin (qadın güləşi, 53 kq)
İnna Osipenko-Radomska (kanoe, 200 m)
Patimat Abakarova (taekvondo, 49 kq)
Tokio-2020
İrina Zaretska (karate, +61 kq)
Mariya Stadnik (qadın güləşi, 50 kq)
İrina Kindzerska (cüdo, +78 kq)